“Bu gün Buzovna bələdiyyəsinin əsas məqsədi sakinlərin müraciətini diqqətdə saxlamaqla onun tezliklə həllinə nail olmaqdır. Biz sakinlərə xidmətimizdən zövq alırıq” - bu fikirləri Belediyye.infoya Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri Mətləb əliyev bildirib.
Belə ki, ötən həftə qəsəbənin Akademik əziz Mirəhmədov küçəsi (keçmiş R. Axundov) döngə 8-də yaşayan sakinlərlə keçirilən görüşdə qaldırılan məsələlərdən biri artıq öz həllini tapır. Sakinlərin qaldırdığı yol problemi bələdiyyənin iclasında müzakirə edilərək tezliklə problemin həll edilməsi qərara alınıb.
Bu gün əraziyə çınqıl tökülürək asfalt vurulması üçün hazırlanmışdır. Yaxın bir neçə gün ərzində sakinlərin qaldırdıgı problem öz həllini tapacaqdır.
Qeyd edək ki, cari ilin altı ayı ərzində bələdiyyə sədrinin iştirakıyla qəsəbənin 15 küçəsində ümumilikdə 20-dən artıq görüş keçirilmişdir
Belediyye.info
|
|
|
|